Ötən gün martın 1-də Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb. Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.
2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslindəyezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.
İstintaqın versiyasına görə bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.
{banner_reklam}
S.İbrahimo həbs edildikdən sonra müstəntiqlərə bütün təfərrüatları danışıb və sifarişi kimin verdiyini deyib. Amma daha sonra ifadələrindən imtina edib. 2018-ci ilin mayında Ulyanovsk vilayət məhkəməsi İbrahimova və Lidiya Aloyana bəraət verib. İbrahimov bu hökmdən sonra Rusiyanı tərk edib.
Amma prokurorluq hökmdən Rusiya Ali Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Nəhayət andlılar məhkəməsi Süleymanovanın və İbrahimovun Aloyanın qətlində günahkar olduqları təsdiqlənib. Süleymanova təcridxanaya göndərilib, İbrahimovun barəsində isə axtarışın elan olunacağı bildirilir.(Virtualaz.org)
Oxu24.com
ŞƏRHLƏR