Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104756
az

Rəsmi məlumat yayıldı: Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar...

18:4423 Mart, 2024
1333
CƏMİYYƏT
  • A

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

 

Bu barədə qurumdan Oxu24.com-//oxu24.com/az/a məlumat verilib.

 

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

 

Xatırladaq ki, daha əvvəl sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 22-də “Crocus City Hall”un konsert zalında baş vermiş terror aktı ilə əlaqədar bütün məsul işçilərə diplomatik nümayəndəlikdə qalmağı tapşırıb.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, indiyədək təcili tibbi yardımla bağlı heç bir müraciət daxil olmayıb: “Terror aktı qurbanları ilə bağlı ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib.

 

İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda yox idi.

 

Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, böyük ehtimalla Rusiya vətəndaşı da var”.

 

Qeyd edilib ki, səfirlik öldürülən şəxsin meyitinin saxlanıldığı yerin müəyyən edilməsi, o cümlədən mərhumun qohumlarının və tanışlarının məlumatlandırılması üçün bütün lazımi tədbirləri görür.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vilayət Eyvazovla görüş olacaq
ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi