Qaynar xətt:

(+99450) 247 90 86

NATO Rusiya ilə birbaşa münaqişəyə hazırdır

DÜNYA

202

22.03.2024, 17:51

NATO Rusiya ilə birbaşa münaqişəyə hazırdır.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer ArmyInform-a müsahibəsində bildirib.


O qeyd edib ki, NATO hələ 2014-cü ildə Rusiyanın Krımı işğalından sonra təhlükəsizlik vəziyyətindəki dəyişikliyi dərk edib.

 

2019-cu ildən etibarən alyans ölkələri kollektiv təhlükəsizliyə qayıtmağa başlayıblar: onlar müdafiə strategiyalarını, əməliyyat planlaşdırmalarını və bütün bu vəzifələri yerinə yetirmək üçün lazım olan qüvvələri dəyişiblər.

 

"İndi biz hamımız başa düşürük ki, kollektiv təhlükəsizliyə qayıdış kontekstində vaxt bizim tərəfimizdə deyil. Çünki düşmən sizə nə vaxt və harada hücum edəcəklərinə, münaqişənin nə qədər davam edəcəyinə qərar verir. Ukrayna təəssüf ki, buna əmin olub. bu.Biz hazırıqmı?Cavab:Bəli!Bizim əsas məqsədimiz budur -hazırlıqlı olmaq.Əgər bu gün baş verərsə,o zaman əlinizdə olanlarla mübarizə aparmalısınız.Bu,hər zaman bu günə hazır olmaq və eyni zamanda imkanları təkmilləşdirməyin birləşməsidir." ,deyə  Rob Bauer  bildirib.

 

Potensial təhdidlərin ən yüksək olduğu NATO-nun şərq cinahında hazırlıq barədə suala o, alyansın 2016-cı ildən Baltikyanı ölkələrdə və genişmiqyaslı müharibənin başlaması ilə Slovakiya, Macarıstan, Rumıniyada mövcudluğunu necə genişləndirdiyini xatırladıb.

 

Miri