Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104688
az

Görmə qabiliyyətini necə yaxşılaşdıraq?

12:5122 Mart, 2024
141
  • A

Görmənin pisləşməsinin qarşısını almaq üçün vizual stress zamanı fasilələr, göz məşqləri etmək, otaqdakı havanı nəmləndirmək lazımdır.

OXU24.COM report-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış oftalmoloqu İrina Zimina deyib.

"Göz xəstəliklərinin qarşısını almaq üçün vizual məşqlər etmək, "aktiv" görmə qabiliyyətindən istifadə etmək və lazım olduqda nəmləndirici damcılardan istifadə etmək lazımdır", - o vurğulayıb.

Zimina bildirib ki, uzun sürən vizual gərginlik zamanı gözə saatda ən azı bir dəfə fasilə vermək lazımdır. Mütəxəssis vurğulayıb ki, nəzərini uzaq bir obyektdən yaxına köçürmək lazım olduqda, "pəncərədəki işarə" məşqini yerinə yetirmək faydalıdır. Həkimin sözlərinə görə, "aktiv" görmə də vacibdir:

"Bu o deməkdir ki, yalnız baxmaq deyil, görmək də lazımdır. Görmə sahəsində olan predmetləri şüurlu şəkildə öyrənmək lazımdır".

Oftalmoloq şəhər şəraitində havanın quru olduğunu xatırladıb. Onun sözlərinə görə, gündə azı yarım saat təmiz havada keçirmək və otaqda nəmləndirici vasitədən istifadə etmək lazımdır.

O qeyd edib ki, kompüter qarşısında çox vaxt keçirən insanlar gözlər üçün dərmanlardan istifadə edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi