Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104672
az

“Evlilik məni aşağı sürükləyirdi”

15:4721 Mart, 2024
194
CƏMİYYƏT
  • A

“Müəyyən mənada həyat yoldaşının olmaması yaxşıdır. Bilmirəm niyə, lakin bu, məni aşağı sürükləyirdi”.

“The Huffington Post” xəbər verir ki, bunu 47 yaşlı kolumbiyalı ulduz müğənni Şakira deyib. 

Zane Louya müsahibə verən Şakira keçmiş əri, futbolçu Jerar Pike ilə evli olduğu müddətdə yaşadığı problemlərdən bəhs edib.

Onun sözlərinə görə, Barselonada yaşadığı dövrdə yeni musiqilər üzərində işləmək onun üçün çətin olub. Müğənni qeyd edib ki, Pike ilə ayrıldıqdan və övladları ilə Mayamiyə köçdükdən sonra hər şey tamamilə dəyişib: “İndi mən işləmək, mahnılar yazmaq, musiqi ilə məşğul olmaq istəyirəm”. 

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra 2022-ci ilin yayında ayrılıblar. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub. Onların iki oğlu var. 


 

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu