Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104661
az

ABŞ-ın sanksiya siyahısında Türkiyə və Almaniya şirkətləri var

21:2220 Mart, 2024
170
DÜNYA
  • A

ABŞ Xəzinədarlığı çərşənbə günü bildirib ki, ABŞ hakimiyyəti Tehranın raket, nüvə və müdafiə proqramlarına dəstək verdiyi üçün İran və bəzi digər ölkələrdə yerləşən şirkətləri sanksiya siyahısına daxil edib.

 

Oxu24.com  xəbər  verir  ki, Departamentin məlumatına görə, sanksiyalar İranın, xüsusən də raketləri üçün karbon lifi aldığı üç satınalma şəbəkəsini hədəf alır.

 

Məhdudlaşdırıcı tədbirlər İran, Türkiyə, Oman və Almaniya şirkətlərinə, eləcə də bir sıra fiziki şəxslərə təsir edib.

 

Xüsusilə Almaniyanın “Mazixon GmbH and Co KG” və Türkiyənin “Gökler Dis Ticaret Limited Sirketi” şirkətlərinə sanksiya tətbiq edilib.

 

 

Miri

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək