NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanla, o cümlədən “Ukrayna məsələsində həmrəylik”lə bağlı bəyanatları əlaqələndirməyə borclu deyil.
Oxu24.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı müxalifətçi deputat Aqnessa Hamoyanın sualını cavablandırarkən belə reaksiya verib.
“Heç bir təcrübə yoxdur ki, səfərlər zamanı bəyanatlar razılaşdırılsın. Bu gərgin vəziyyətdə müxtəlif tərəflərdən məmurlar peyda olub, onların adından qarşı tərəf üçün xoşagəlməz bəyanatlar verə bilərlər”, - deyə Paşinyan cavab verib.
Ermənistanın baş naziri əlavə edib ki, ölkə Ukraynaya silah satmayıb və üstəlik, Paşinyan həm NATO-nun, həm də Rusiyanın Ermənistan əleyhinə bəyanatlar verdiyini iddia edir.
Bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov brifinqdə NATO-nun baş katibi Yens Stoltenberqin Zaqafqaziya turunu şərh edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR