Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104642
az

Ukrayna “müharibə sponsorları” siyahısını saxlamağı dayandıra bilər

20:3720 Mart, 2024
128
  • A

Ukrayna hakimiyyəti “müharibə sponsorları” siyahısının saxlanılmasının davam etdirilməsini şübhə altına alıb.

 

Oxu24.com xəbər  verir  ki, bu  barədə RİA Novosti məlumat yayıb.

 

"Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik (NACP) razılaşdı ki, həqiqətən də siyahının sonrakı fəaliyyəti ilə bağlı sual var", - hökumətin mətbuat xidməti geniş iclasdan sonra bildirib.

 

Ukrayna Xarici İşlər Nazirliyi siyahının mövcudluğu üçün normativ bazanın olmaması ilə bağlı “tərəfdaş ölkələrin diplomatik korpuslarının nümayəndələrinin çoxsaylı sorğuları” barədə məlumat verib.

 

Ukraynanın “müharibə sponsorları” siyahısına digərləri ilə yanaşı dünyaca məşhur şirkətlər də daxildir: Nestle, PepsiCo, Mars, Subway, Philip Morris International, Japan Tobacco International və bir çox başqaları.

 

Fevral ayında bildirildi ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinə tədarük ediləcək məhsulların alınması üçün yeni meyar tətbiq edilib - Korrupsiyaya Qarşı Mübarizə Milli Agentliyinin tərtib etdiyi "müharibə sponsorları" siyahısında olmamaq.

 

Əvvəllər Estoniya Müdafiə Nazirliyi Ukraynaya görə Mars və Nestle-dən imtina etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Zelenski ilə nə vaxt görüşəcəyini açıqladı
Ərdoğan tarix açıqladı: "Yeni bir Türkiyə inşa edəcəyik"
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi