Pakistanın Xost vilayətinin Harnay şəhərində kömür mədənində partlayış baş verib.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, mədən işçiləri təxminən 240 metr dərinliyindəki dağıntıların altında qalıb.
Partlayışdan sonra 12 şaxtaçının cəsədinin tapıldığı bildirilib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, partlayış zamanı mədəndə 20 işçi olub.
Oxu24.com
ŞƏRHLƏR