Çinin Jiangxi əyalətində vəhşi meymunlar Vuqonq dağında cığırla çıxan bir qrup turistə hücum edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Hadisə Uqonq dağında gəzinti yolunda baş verib.
Bir qrup səyahətçi yamaca dırmaşarkən qəfildən vəhşi meymun sürüsü onlara hücum edib.
Beş xüsusi aqressiv meymun bir kişi və qadına hücum edərək onları dişləyib.
Turistlər çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, meymunlar hava şəraitinin dəyişməsi səbəbindən daimi yaşayış yerlərindən aşağı düşüblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR