Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104605
az

Məhkəmədə müğənni Dəniz haqda şok ifadə: "Məni şantaj edirdi"

18:2219 Mart, 2024
3087
ŞOU-BİZNES
  • A

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rauf İsfəndiyarov ifadə verib.

O bildirib ki, 2011-ci il oktyabrın 27-dən Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib:

"2017-ci ildə öz ərizəmlə çıxaraq, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişəm. Zərərçəkmiş şəxs qismində tanınan Dəniz Əsədovanın əvvəlki ad-soyadı Aygün Miriyeva idi. 2017-ci ilin mayın 10-da bu cür rejimlə işləyə bilməyəcəyini əsas gətirərək işdən çıxmaq ərizəsini mənə təqdim etdi. Lakin mən onun ərizəsinin üstünü yazmadım. Daha sonra onun həyat yoldaşı Məhəmməd Əsədov yanıma gələrək özünü 13-cü polis bölməsinin rəis müavini olduğunu bildirərək Aygün Miriyevanı (Dəniz Əsədova-red) yola verməyimi xahiş etdi".

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxs onun etibarından sui-istifadə edərək ona hədə-qorxu gəlib:

"Aygün bizdə yeganə kompüter mütəxəssisi idi. Bizim xəstəxana yararsız vəziyyətdə idi, internet demək olar ki, yox idi. Sonra mənə təklif etdi ki, xəstəxananı öz hesabına təmir edəcək. Fikrimcə, təmirə təxminən 10-15 min manat pul xərcləmişdi. Bunun qarşılığında mənə ərinin qohumları üçün saxta əlillik dərəcəsi almaq üçün arayışların verilməsini xahiş etdi. Daha sonra Aygün hüquq-mühafizə orqanlarının adından məni şantaj etməyə başladı və dedi ki, təmirə görə mənə 68 min pul verməlisən. 2023-cü ilin yanvarında polis idarəsinə getdik. Guya mənə bu şəxsin qanunsuz əməllərini ört-basdır etmək üçün 260 min pul verib. Onun köhnə əməllərini araşdıraraq gördüm ki, saxta əlillik arayışları verib".

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.(Report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkanın halı pisləşdi, studiyanı tərk etdi - Video
“Diyar”   serialdan     ayrılır
Efirdə biabırçılıq: Müğənninin bədəni çöldə qaldı - VİDEO

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu