Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında Qırmızı dənizdə ABŞ-ın “Mado” gəmisinə bir neçə raketlə hücum etdiklərini bildirib.
Oxu24.com xəbər verir ki, İsrailin Eliat şəhərində də bəzi nöqtələrin raketlərlə hədəf alındığını bildirən Seri hədəflərin müvəffəqiyyətlə vurulduğunu iddia edib.
Seri İsrailin Qəzza zolağına hücumları bitənə və bölgənin blokadası qaldırılana qədər hücumlarını davam etdirəcəklərini bildirib.
İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz hücumlar təşkil edir.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqladı.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün fevralın 19-da Aspides missiyasını işə saldığı halda, İtaliya parlamentin qərarı ilə martın 5-də bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Afət
Oxu24.com
ŞƏRHLƏR