Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104599
az

ABŞ təyyarəsi  niyə  qəzaya  uğradı?

18:1419 Mart, 2024
105
DÜNYA
  • A

Polşa Hərbi Hava Qüvvələrinin müfəttişi, diviziya generalı İreniuş Novak Amerikanın MQ9 Reaper pilotsuz təyyarəsinin respublikanın şimal-qərbində qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Təlim uçuşu zamanı  MQ9 Reaper idarəetməni itirdi.Bu da məcburi eniş adlandırılan hadisəyə səbəb oldu”, o qeyd edib.

 

Novakın sözlərinə görə, qəzaya uğrayan PUA Polşaya enmək üçün Rumıniyadakı hərbi bazadan havaya qalxıb.

 

Pilotsuz təyyarəyə nəzarəti itirdikdən sonra onlar pilotsuz təyyarənin idarəsini Polşanın idarəetmə mərkəzinə ötürməyə çalışsalar da, heç bir nəticə olmayıb.

 

O,bildirib ki, “Reaper” hərbi aerodrom yaxınlığında xüsusi olaraq belə hallar üçün nəzərdə tutulmuş əraziyə düşüb.

 

Ehtimal edilən eniş sahəsi əvvəlcədən mühasirəyə alınıb, orada heç kim olmayıb.

 

Novak qeyd edib ki, təyyarə düşmədən 9 dəqiqə sonra tapılıb.

Bundan əvvəl məlum olub ki, martın 18-də saat 23:00-dan sonra (19 mart Moskva vaxtı ilə 2:00) Polşanın Miroslavets şəhəri yaxınlığında Polşa hava məkanında uçan Amerika pilotsuz təyyarəsi təcili eniş edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib