Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10459
az

Həmsədrlər bəyanat yaydı: İlham Əliyevlə Paşinyan görüşəcək

18:3701 Mart, 2019
846
SİYASƏT
  • A
 ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekununa dair birgə bəyanat yayıblar.

Oxu24.com-un məlumatına görə, bəyanatda bildirilib ki, mümkün mövzular da daxil olmaqla, yaxın zamanlarda liderlərin görüşünə hazırlıq məsələlərinin müzakirəsi üçün ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) 20 fevralda İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və 21 fevralda Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçiriblər.

Həmsədrlər həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə müzakirələr aparıblar.

“Keçirilən görüşlərdə Ermənistan və Azərbaycan liderləri bu ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində apardıqları söhbət barədə həmsədrləri məlumatlandırdılar. Liderlər və həmsədrlər yerdəki vəziyyəti və gələcək addımlarla bağlı gözləntilərini müzakirə etdilər.”

Qeyd olunub ki, Minsk qrupu həmsədrləri təmas xəttində itkilərin olmaması ilə müşayiət edilən davamlı vəziyyəti müsbət qiymətləndiriblər. Vasitəçilər həm də əhalini sülhə hazırlamaq barədə regionda gedən diskussiyaları məmnunluqla qarşılayıblar.

Həmçinin vurğulanıb ki, İrəvan və Bakıda keçirilən görüşlərdə Ermənistan və Azərbaycan liderləri yaxın vaxtlarda Minsk qrupu həmsədrlərinin himayəsilə görüşmək barədə vasitəçilərin təklifini qəbul ediblər.

Regiona səfərlərindən sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 28 fevralda Vyanaya, 1 martda isə Bratislava səfər edərək keçirdikləri görüşlər və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı ATƏT-in Minsk qrupuna üzv ölkələrin daimi nümayəndələrini, ATƏT-in baş katibi Tomas Qreminqeri və ATƏT-in fəaliyyətdə olan sədri – Slovakiyanın xarici işlər naziri Miroslav Layçakı məlumatlandırıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu