Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 5 milyard avro məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyiblər.
Oxu24.com xəbər verir ki, bBu barədə TASS Aİ Şurasının bəyanatına istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, Aİ-nin bütün dövlətlərinin xarici işlər nazirləri Ukraynaya xüsusi Yardım Fondu yaratmaqla Avropa İttifaqı Fondunun limitinin müəyyən edilmiş məbləğdə artırılmasına səs veriblər.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bəyan etmişdi ki, Kiyevə əlavə yardımın ayrılması martın 18-də təsdiqlənəcək.
Eyni zamanda, Estoniya Müdafiə Nazirliyinin katibi Kusti Salm bildirib ki, qalib gəlmək üçün Ukraynaya ildə 120 milyard avro həcmində xaricdən maliyyə lazımdır.
Hərbi idarənin sözçüsü bu məbləği “təxmini” adlandırıb.
Macarıstanın xarici işlər naziri Peter Szijyarto aydınlaşdırdığı kimi, onun ölkəsi fond yaratmaq barədə qərar qəbul etməkdən çəkinib və bununla bağlı hər hansı siyasi və ya maliyyə öhdəlikləri götürmək niyyətində deyil.
Bundan əvvəl Avropa Şurası Aİ-ni müdafiə istiqrazları buraxmağa çağırmışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR