Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104537
az

Bayrama görə bölgələrə gedənlərin NƏZƏRİNƏ

15:2918 Mart, 2024
138
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, müraciətdə deyilir:

"Hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması ilə əlaqədar xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda həyata keçirməyə çalışsınlar".

Müraciətdə qeyd edilir ki, həmin günlərdə gücləndirilmiş iş rejimində çalışan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat verəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi