Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir.
OXU24.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
"Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir", - deyən Baş katib qeyd edib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var.
Oxu24.com
ŞƏRHLƏR