Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104528
az

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

23:1917 Mart, 2024
195
CƏMİYYƏT
  • A

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinical Nutrition" (EJCN) jurnalında dərc edilib.

OXU24.COM  xəbər verir ki, aralıq dənizi pəhrizinin hansı komponentlərinin sağlamlığa fayda verə biləcəyini anlamaq üçün elm adamları pəhrizin xərçəngin inkişafı və irəliləməsi riskinə təsiri ilə bağlı mövcud 15 araşdırmanı təhlil ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, bu tip pəhrizə riayət edən insanların prostat və döş xərçəngindən ölüm riski müvafiq olaraq 22 və 13% azalır. Alimlər bu müsbət təsirin Aralıq dənizi pəhrizindəki qidaların əksəriyyətinin antioksidant olması ilə izah ediblər. Təbii olaraq meydana gələn antioksidantlar sərbəst radikalları (orqanizmdə toplanan oksigenin xüsusi formalarını) zərərsizləşdirir, bununla da hüceyrə zədələnməsinin qarşısını alır.

Aralıq dənizi pəhrizi xərçəng xəstələrində xroniki yorğunluğun qarşısını da ala bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq