Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidentinin Ukraynada atəşkəs təşəbbüsünü şərh edərkən, Fransa prezidenti Emmanuel Makron “Kiyevə silah tədarükünü dayandırmalı və Yaxın Şərq münaqişəsi tərəflərinə atəşkəs təklifi irəli sürməlidir” deyib.
“Mən Makrona cavab təklifi verirəm: mülki əhalinin öldürülməsi üçün istifadə olunan silahların tədarükünü dayandırmaq, həmçinin terrora sponsorluq etməyi dayandırmaq. Makrona ikinci təklif: Yaxın Şərq münaqişəsinin tərəflərinə də oxşar təklif irəli sürün. Çox güman ki, orada Fransanın sözündən asılıdır”, - Zaxarova bildirib.
Bundan əvvəl Makron Ukrayna mətbuatına müsahibəsində bildirmişdi ki, Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində Rusiyadan atəşkəs rejiminin yaradılması istəniləcək.
Miri
Oxu24.com
ŞƏRHLƏR