Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104495
az

Cənubi Koreyada böhran dərinləşir! Professorlar da istefa verir

23:4116 Mart, 2024
193
  • A

Tibb fakültələrinə kvotaların artırılması qərarından sonra minlərlə intern həkimin istefa verdiyi Cənubi Koreyada böhran dərinləşir.

 

Oxu24.com  xarici  mediaya  istinadən  xəbər  verir  ki,problemin həlli üçün hökumətə martın 15-nə qədər vaxt verən professorlar da istefa vermək qərarına gəliblər.

 

Cənubi Koreyada bir çox tibb professorları hökumətin kvotaların artırılmasına etiraz edən intern həkimlərin probleminə həll yolu tapmasını təmin etmək üçün martın 25-dən etibarən istefalarını təqdim etmək qərarına gəliblər.

 

Tibb professorlarının verdiyi açıqlamada 20 universitetin professorlarının iştirak etdiyi onlayn iclasda qərarın verildiyi və martın 25-dən etibarən işlədikləri universitetlərdən istefa ərizələrini təqdim edəcəkləri bildirilib.

 

Açıqlamada professorların universitetlərdən istefa versələr də, xəstəxanalarda xəstələrə baxmağa davam edəcəkləri bildirilib.

 

Professorlar martın 15-nə qədər hökumət tərəfindən ağlabatan bir həll tapmasa, kütləvi istefalarla bağlı qərarlarını öz universitetlərinə bildirəcəklərini açıqlamışdı.

NƏ OLUB?
 

Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib. Bunun üzərinə ölkədəki həkimlər fevralın 20-də başda paytaxt Seul olmaqla bir çox şəhərdə hökumətin planının “tibbi təhsil və xidmətin keyfiyyətinə xələl gətirəcəyi” səbəbilə etiraz aksiyaları təşkil etmiş və minlərlə stajyer həkim istefa ərizəsi vermişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi