Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104470
az

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var

16:1716 Mart, 2024
577
REDAKTORUN SEÇİMİ
  • A

Zaqatalada faciəli hadisə baş verib. 

 

Oxu24.com lent.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində qeydə alınıb. 

 

Rayonun Muxax kənd sakini, 18 yaşlı Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. 

 

M. Ömərov tapdığı qumbara ilə ehtiyatsız davrandığından əlində partlayıb. 

 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə polisə məlumat daxil olub. 

 

Araşdırma aparılır.

 

Həmçinin oxu:  "Tutuquşu qızdırması" xəstəliyinin əlamətləri nədir? - MÜTLƏQ OXUYUN!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi