Ukraynanın Sumı vilayətinin hakimiyyət orqanları sərhədyanı rayonların boşaldılmasına başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.
Üç rayonun 22 yaşayış məntəqəsinin bütün sakinləri - 4523 nəfər, o cümlədən 829 uşaq çıxarılıb.
Təxliyəyə səbəb davam edən döyüş əməliyyatlarıdır.
Administrasiyanın qeyd etdiyi kimi, son beş gündə ən çox sakin mərmi atəşindən sonra tərk etmək qərarına gəlib.
Sumi rayonu Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətləri ilə həmsərhəddir.
Bölgədə tez-tez hava hücumu xəbərdarlığı edilir və səlahiyyətlilər mərmi və partlayışlar barədə məlumat verir.
Miri
Oxu24.com
ŞƏRHLƏR