Fələstin fraksiyaları, o cümlədən HƏMAS, İslami Cihad , Fələstinin Azadlıq Xalq Cəbhəsi (PFLP) və Fələstin Milli Təşəbbüsü partiyası yeni Fələstin hökumətinin qurulması qərarına qarşı çıxıblar.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Fələstin hərəkatlarının kollektiv bəyanatında qeyd olunur ki, birtərəfli qərarlar qəbul etmək, mahiyyəti olmayan formallıqlarla məşğul olmaq və milli konsensus olmadan yeni hökumət qurmaq fikir ayrılıqlarını dərinləşdirir.
Nəşr qeyd edir ki, Fələstin xalqının hazırda demokratik seçkilərin keçirilməsi üçün “konsensus və birliyə, həmçinin vahid milli rəhbərliyin formalaşmasına ciddi ehtiyacı var”.
Fələstin fraksiyaları bu cür yanaşmanın davam etdirilməsinə qarşı olduqlarını vurğulayıblar.
Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib. Abbas müvafiq fərman verib.
O, həmçinin Ştayya və hökumətinə yeni hökumət formalaşana qədər Nazirlər Kabinetinin işinə müvəqqəti rəhbərlik etməyi tapşırıb.
Lavrov bundan əvvəl demişdi ki, Rusiya Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır.
Miri
Oxu24.com
ŞƏRHLƏR