Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10442
az

Ədliyyə Nazirliyi tutulan Məstanovla bağlı məlumat yayıb

10:5901 Mart, 2019
551
SİYASƏT
  • A
 
Bəzi xəbər portallarında 2019-cu il 26 fevral tarixində "İcra məmuru rüşvət maddəsi ilə həbs edildi" mövzusunda yazılarda Şabran rayon icra və probasiya şöbəsinin guya hazırda icra məmuru vəzifəsində çalışan N.Məstanovla bağlı dəqiqləşdirilməmiş məlumatlar dərc edilmiş, təhrifə yol verilmişdir.

Oxu24.com  xəbər verir ki, Əsliyyə Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, əvvəllər qeyd olunan vəzifədə işləmiş N.Məstanov xidməti vəzifəsinin icrası zamanı kobud qanun pozuntularına yol vermiş, o cümlədən borclu ilə xidmətdənkənar münasibətə girməklə korrupsiya hüquqpozması təəssüratı yaradan əməl törətmişdir.
Dövlətimizin korrupsiyaya qarşı mübarizədə qəti siyasi iradəsinə uyğun olaraq Ədliyyə Nazirliyi belə hallarla bağlı daim barışmaz mövqe tutur. Buna görə N.Məstanova qarşı ən ciddi tədbirlər görülərək, Ədliyyə Nazirliyi üzrə 13.11.2018-ci il tarixli Əmrlə o, ədliyyə orqanlarından xaric edilmiş və araşdırma materialları məhz nazirlik tərəfindən hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən N.Məstanovun təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilmiş və onun barəsində yazıda qeyd olunduğu kimi həbs deyil,  "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu