Ukraynada müharibə zamanı 5962 əcnəbi muzdlu məhv edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
“2022-ci il fevralın 24-dən Ukraynaya gələn xarici muzdluların ümumi sayı 13 387 nəfər təşkil edib.
Nazirliyin məlumatına görə, məhv edilən muzdluların sayına görə lider Polşadır - oradan Ukraynaya 2960 nəfər gəlib, 1497 nəfər məh edilib, 1042 muzdlu Gürcüstandan gəlib, onlardan 561-i məhv edilib.
ABŞ 1113 amerikalı muzdludan 491-ni itirdi. Həmçinin 1005 kanadalı muzdludan 422-si, 822 britaniyalıdan 360-ı və 784 rumıniyalıdan 349-u məhv edilib. Almaniyadan 235 muzdlu gəldi, 88-i məhv edildi.
Bu həftə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyanın sərhəd rayonlarına hücum cəhdlərində xarici muzdluların əli olduğunu bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR