Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki yardım paylama anbarını bombalayıb.
Oxu24.com xəbər verir ki, İlkin məlumata görə, hücumda azı 8 fələstinli ölüb, çoxlu sayda yaralı var.
Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalayıb.
İsrail ordusunun geri çəkildiyi ərazidə 15 nəfərin cəsədi tapılıb
Digər tərəfdən Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunus şəhərinin Hamed bölgəsində 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Meyitlər Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
İsrail ordusunun 160 gündür hücumlarını davam etdirdiyi və köçkünlərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alması nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar fəlakət yaşanır.
Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır, xəstəxanaların çoxunun xidmət göstərmədiyi, çatışmazlıqlar var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 341 fələstinli həlak olub, 73 min 134 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR