Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104383
az

CIA-nın Xi Jinpinə qarşı gizli əməliyyatı - REUTERS

19:5514 Mart, 2024
151
DÜNYA
  • A

2019-cu ildə ABŞ prezidenti kimi Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Çində ictimai rəyi Si Cinpin hökumətinə qarşı yönəltmək üçün gizli əməliyyat keçirməyə icazə verib.

 

Oxu24.com  xəbər   verir  ki,  bu  barədə   Reuters əməliyyatın təfərrüatları ilə tanış olan keçmiş ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, MKİ Çin sosial şəbəkələrində saxta hesablar yaradan və orada Çin hakimiyyətinin hərəkətləri barədə böhtan xarakterli məlumatlar yayan kiçik əməliyyatçılar qrupunu toplayıb.

 

Agentlər Çin Kommunist Partiyası üzvlərinin “qanunsuz yolla əldə etdikləri pulları xaricdə gizlətdiklərini” iddia edən yazılar yazıb və Çinin “Bir Kəmər və Yol” infrastruktur təşəbbüsünü israfçı və korrupsiya adlandırıblar.

 

Agentliyin əməliyyatın təfərrüatları ilə tanış olan həmsöhbətləri bildiriblər ki, bu yolla Mərkəzi Kəşfiyyat İdarəsi Çin rəhbərliyinin sıralarında “paranoyanı qızışdırmağa” və onu ÇXR hökuməti haqqında nüfuzdan salan məlumatların yayılmasına böyük vəsait xərcləməyə məcbur etmək istəyib.

Əməliyyatın səbəbi, qeyd edildiyi kimi, Vaşinqtonun Çinin dünyada artan təsirindən narahatlığı olub, kəşfiyyat məlumatlarına görə, Pekin rüşvət və təhdidlərin köməyi ilə guya geosiyasi mübahisələrdə inkişaf etməkdə olan ölkələrin dəstəyini almağa çalışıb. 

 

Agentlik mənbələri həmçinin bildiriblər ki, MKİ agentləri ictimaiyyəti Çin hökumətinə və ondan kənarda – Pekin və Vaşinqtonun nüfuz uğrunda mübarizə apardığı Cənub-Şərqi Asiya, Afrika və Cənubi Sakit Okean ada dövlətlərinə qarşı yönəltməyə çalışır. Amerika kəşfiyyat xidməti də kəşfiyyat məlumatlarını xarici mediaya sızdıraraq, ÇXR hakimiyyətini mənfi işıqlandırıb.

 

Reuters qarayaxma əməliyyatının Co Bayden administrasiyası altında davam edib-etmədiyini müəyyən edə bilməyib. MKİ və Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmiləri şərh verməkdən imtina ediblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb