NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna NATO-ya üzv ölkələrin təchiz etdiyi raketlərlə Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücum edib.
Oxu24.com xəbər verir ki, Onun sözlərinə görə, alyans Qara dənizdə strateji üstünlüyə nail olmaq üçün Ukrayna və Gürcüstanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Məlumata görə, Rusiya hərbi gəmilərinə hücumlarda “Scalp” və “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərdən istifadə edilib.
Birinciləri Kiyevə Fransa, ikinciləri isə Böyük Britaniya tədarük edirmiş.
“Ukraynanın böyük qələbələrindən biri odur ki, o, Rusiyanın Qara dəniz donanmasını sıxışdırıb və Odessadan Bosfora dəhliz aça bildi. Bu məqsədə çatmaqda mühüm rol oynayan bəzi sistemlər və raketlər NATO müttəfiqləri tərəfindən təchiz edilib”, - “Kommersant” Stoltenberqdən sitat gətirir.
Stoltenberq vurğulayıb ki, Ukrayna qüvvələrinin Rusiya donanmasının məhv edilməsində əldə etdiyi uğur “Ukraynaya raket tədarükünün artırılmasının vacibliyini təsdiqləyir”.
Bununla belə, o, Qara dəniz donanmasına zərbə endirərkən kimin kəşfiyyat və hədəf təyinatını həyata keçirdiyini dəqiqləşdirməyib.
Miri
Oxu24.com
ŞƏRHLƏR