Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Konqresi “TikTok” barədə qərarı təsdiqlədi

CƏMİYYƏT

217

14.03.2024, 17:17

ABŞ Konqresi Çin konserni ByteDance qarşısında  6 ay ərzindəTikTok-un Amerika hissəsini satma tələbi qoyub.

Nümayəndələr Palatası səs çoxluğu ilə buna dair qanun layihəsini təsdiqləyib.

Əks halda, TikTok ABŞ-da qadağan olunacaq.

Respublikaçıların nümayəndəsi Stiven Şalis TikTok qərarını “kritik milli təhlükəsizlik problemi” adlandırıb. Lakin ABŞ Senatının bu qanun layihəsini dəstəkləyib-dəstəyməyəcəyi hələlik bəlli deyil.

Öz növbəsində, ABŞ prezidenti Co Bayden bu qanunu imzalamağa hazır olduğunu bildirib.

TikTok rəhbərliyi bütün ittihamları rədd edir. Sosial şəbəkədən ABŞ-da 170 milyon insan istifadə edir ki, bu da ölkə əhalisinin təxminən yarısını təşkil edir. Platforma ilə bağlı mübahisə ABŞ-da hazırkı prezidentlik yarışı zamanı seçki kampaniyasının mühüm mövzularından birinə çevrilib. Hər iki partiyanın millət vəkilləri qanun layihəsinə qarşı çıxan qəzəbli gənc TikTok istifadəçilərinin zənglərinin artdığını bildirirlər.