Rusiya ordusunun qələbəsi göz qabağındadır, ona görə də Qərb ölkələri hazırda Ukraynadan necə qurtulmağı düşünürlər.
Oxu24.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalında deyib.
O qeyd edib ki, Ukrayna ABŞ-ın Rusiyaya zərər vermək üçün istifadə etdiyi “alət”dir.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, indi Ukraynanın heç bir faydası yoxdur, ondan qurtulmağın vaxtı çatıb.
“Onların qalib gələcəyini heç gözləmirdik. İstədiyimiz yalnız onların Rusiya Federasiyasına zərər vurması idi”, - ekspert bildirib.
Ritter hesab edir ki, Ukrayna artıq uduzub və Qərb ölkələri sadəcə olaraq elə vəziyyətdədirlər ki, Kiyevi dəstəkləmək görüntüsü yaratmaq lazımdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR