OXU24.COM xəbər verir ki, bu barədə qanun layihəsi ölkə Konqresinin Nümayəndələr Palatası tərəfindən dəstəklənib.
Belə ki, Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65-i isə əleyhinə səs verib.
Sözügedən qanun layihəsi “ByteDance” şirkətindən “TikTok”un ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir.
Əgər şirkət satmasa, platforma ABŞ-da qadağan ediləcək.
Qeyd edək ki, qanun layihəsinin Prezident Co Baydenə təqdim olunması gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR