Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10435
az

Qibtə olunmağa layiq olan insanlar

22:4728 Fevral, 2019
733
  • A
Qibtə - fəzilətli sifətlərdən olub, möminlərə nisbət verilir. Bu sifət haqqında Məsumların (ə) fikirlərini öyrənək.

İmam Sadiq (ə) buyurur: "Mömin qibtə edər və (amma) həsəd aparmaq. Münafiq həsəd aparar və qibtə etməz".

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "O kəsin ki, bu günü dünənindən daha yaxşı olubdur, qibtə olunmağa layiqlidir".

İmam Əli (ə) buyurur: "Qibtə olunmağa layiqli olan kəs odur ki, yaxşı iş görmək üçün irəlidə olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Həzrət Musa (ə) ərşin yaxınlığında bir kişini görür və onun məqamına qibtə aparır. Onun haqqında sual verir və ona cavab verirlər ki, o, Allahın insanlara verdiyi fəzlə həsəd aparmır".

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Həqiqətən ziyankar o kəsdir ki, ömrünü yersiz yerə tələf edər. O kəs ki, ömrünü Allaha itaət yolunda sərf edər - qibtə olunmağa layiqlidir".

İmam Sadiq (ə) buyurur: "Sizin üçün təqva, səy, doğru danışmaq, əmanətdarlıq, öz məzhəbinə çəng vurmaq lazımlıdır. Çünki sizlərdən hər biriniz can verən zaman onların qibtəsini çəkəcəksiniz".

Həzrət Peyğəmbər (s) buyurur: "Sizi o kəslərdən agah edimmi ki, nə peyğəmbərdirlər, nə də şəhidlər. Ancaq peyğəmbərlər (ə), şəhidlər Qiyamət günü onların məqamına qibtə aparacaqdır?".

Soruşurlar ki, onlar kimlərdirlər?

Həzrət (s) buyurur: "Onlar o kəslərdir ki, Allah bəndələrini Allah yanında və Allahı bəndələri yanında məhbub edərlər. Onlara (bəndələrə) Allahın sevdiyi şeylərə göstəriş verər və Allahın sevmədiklərindən saxlayarlar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı