Böyük Britaniya hökuməti diplomatik və ya rəsmi səbəblərdən krallığa daxil ola biləcək Çin vətəndaşlarının sayını azaltmağı düşünür.
Oxu24.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Materialda qeyd edilir ki, bu məhdudiyyətlərin məqsədi ölkədə casusluğun qarşısını almaqdır.
Agentliyin məlumatına görə, Britaniya Nazirlər Kabineti və təhlükəsizlik xidmətləri hazırda diplomatlar və rəsmilər üçün sərhədi keçmək şərtlərinə yenidən baxılması planını müzakirə edirlər.
Eyni zamanda, sadələşdirilmiş qaydalara əsasən Böyük Britaniyaya daxil olmaq hüququ olan şəxslərin sayının azaldılmasının Çin və digər ölkələri krallığın hakimiyyət orqanlarına vətəndaşlarının xaricə səyahətləri ilə bağlı daha çox məlumat verməyə təşviq edəcəyi gözlənilir.
Üstəlik, belə bir vəziyyətdə lazım olan prosedurları və yoxlamaları həyata keçirmək üçün Londonun daha çox vaxtı ola bilər.
Bununla belə, jurnalistlər aydınlaşdırıblar ki, Britaniya rəsmilərinin heç də hamısı bu təşəbbüsü dəstəkləmir.
Onlardan bəziləri qorxur ki, bu məhdudiyyətlərin tətbiqi London və Pekin arasında münasibətlərin pisləşməsinə səbəb olacaq.
Bundan əvvəl ABŞ prezident administrasiyası limanlardakı yük kranları vasitəsilə Çinin casusluğundan narahatlığını bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR