ABŞ Konqresinin Nümayəndələr Palatasında dünyaca məşhur sosial media platforması TikTok-un gələcəyi ilə bağlı səsvermə keçirilib.
Oxu24.com xəbər verir ki, Səsvermədə 65 əleyhinə 352 səslə Çinin ByteDance şirkətinə məxsus TikTok-un ABŞ-da qadağan edilməsinə ilk razılıq verilib.
Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi ByteDance-dan TikTok-un ABŞ-dakı aktivlərini 6 ay ərzində satmağı tələb edir və satmasa, platforma ABŞ-da qadağan olunacaq.
ABŞ-da 170 milyon istifadəçisi olan TikTok üçün qanun layihəsi Senatda səsvermədən sonra təsdiq üçün ABŞ prezidenti Co Baydenə təqdim ediləcək.
Məsələ ilə yaxından tanış olan mənbə bildirib ki, TikTok CEO-su Shou Zi Chew bu gün senatorlarla görüşmək üçün Kapitol Hillə səfər edəcək.
Çinin hər hansı satışı təsdiq edib-etməyəcəyi və ya ByteDance-in altı ay ərzində TikTok-un ABŞ-dakı aktivlərindən əl çəkib-verməyəcəyi hələ məlum deyil. TikTok satılmasa, Apple, Google və buna bənzər şirkətlərin tətbiq mağazalarında mövcud olmayacaq.
“Hökumət 170 milyon amerikalıdan konstitusion ifadə azadlığı hüququnu əlindən almağa çalışır”.
TikTok-un səsvermədən əvvəl verdiyi açıqlamada deyilirdi: "Bu qanunun əvvəlcədən müəyyən edilmiş nəticəsi var: TikTok-un ABŞ-da tamamilə qadağan edilməsi. Hökumət 170 milyon amerikalının konstitusion ifadə azadlığı hüququnu əlindən almağa çalışır".
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan dünən bəyan edib ki, qanun layihəsinin məqsədi TikTok-a qadağa qoymaq deyil, Çin sahibliyinə son qoymaqdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR