Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
Oxu24.com xəbər verir ki, İsrail qüvvələrinin dünəndən etibarən işğal altındakı Qərb Şəriyənin Tubas, Ramallah, Cenin və Hebron şəhərlərində biri qadın olmaqla 10 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Həbs edilən fələstinlilərin sayı 7 min 565-ə yüksəlib.
Açıqlamada, 7 oktyabr 2023-cü il tarixindən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 7 min 565-ə yüksəldiyi bildirilib.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR