Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104334
az

Husilər: ABŞ və İngiltərə Hudeyda hava limanına 3 hücum həyata keçirib

19:5813 Mart, 2024
146
DÜNYA
  • A

Husilərə bağlı Əl-Mesira televiziyasında yayımlanan xəbərə görə, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Hudeyda hava limanını 3 bombardman edib.

 

Oxu24.com  xəbər  verir  ki, Yəmənin qərb sahilində yerləşən Hudeyda şəhərinin hava limanında 3 kilometrlik uçuş-enmə zolağı var.

 

Yəmən hökuməti ilə husilər arasında vətəndaş müharibəsi başlamazdan əvvəl daxili və beynəlxalq uçuşlara ev sahibliyi edən hava limanı hazırda xidmət göstərmir.

 

Husilər ABŞ və Böyük Britaniyanın martın 11-də Hudeydə şəhərinə 13 hücum təşkil etdiyini açıqlayıb.

 

Sahil şəhəri Hudeyda hava limanı və 3 mühüm limana ev sahibliyi etdiyi üçün Yəmənin mühüm şəhərləri arasındadır.

 

Qırmızı dənizdəki vəziyyət

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını söylədiklərinə görə Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzi ərazilərə hücum edir.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqladı.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün fevralın 19-da Aspides missiyasını işə saldığı halda, İtaliya parlamentin qərarı ilə martın 5-də bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydenə qarşı çevriliş elan etdi
Latviya Ukraynaya 500-dən çox dron göndərib
Bayden özünütəcriddən sonra Ağ Evə qayıdır

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı