Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104330
az

Litva prezidenti Putinə müraciət edib

19:1113 Mart, 2024
121
DÜNYA
  • A

Litva prezidenti Gitanas Nauseda martın 12-də axşam saatlarında Vilnüsdə Aleksey Navalnının müttəfiqi Leonid Volkova evinin yaxınlığında baş verən hücumu şərh edib.

 

Oxu24.com  xəbər  verir  ki, Litva Milli Radio və Televiziyasının məlumatına görə, Nauseda etiraf edib ki, Volkova “Kremlin təsiri altında” hücum edilib.

 

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, xidmətlər qiymətləndirəcək, araşdıracaq və ümid edirəm ki, cavabdehləri tapacaq. Mən Putinə yalnız bir şeyi deyə bilərəm: burada heç kim sizdən qorxmur”, - Nauseda bildirib.

 

Reuters-in Litva xüsusi xidmət orqanlarının nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücumun Rusiya tərəfi tərəfindən təşkil olunduğu və qarşıdan gələn prezident seçkiləri ilə bağlı ola biləcəyi ehtimal edilir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO