Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104323
az

Şolz və Makron Ukraynaya yardımı  müzakirə edəcəklər

18:4213 Mart, 2024
93
DÜNYA
  • A

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron martın 15-də ikitərəfli görüş keçirəcəklər və onlar Ukraynaya yardımın göstərilməsi ilə bağlı “müxtəlif nüansları” müzakirə edəcəklər.

 

Oxu24.com  xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.

 

Onun sözlərinə görə, danışıqlar Veymar üçbucağı formatında keçiriləcək görüşdən əvvəl Berlində aparılacaq. Söhbət Polşanın baş naziri Donald Tuskun adıçəkilən siyasətçilərlə yanaşı iştirak edəcəyi tədbirdən gedir.

 

“Onlar  gələn həftə Avropa Şurasının [zirvə toplantısı] ərəfəsi də daxil olmaqla, bir sıra ikitərəfli məsələləri, həmçinin Ukraynaya dəstək məsələsini müzakirə etməli olacaqlar”, -  deyə Hebestreit bildirib.

 

O, Almaniya kansleri ilə Fransa liderinin müəyyən texniki məsələdə “müxtəlif nüanslar” barədə fikir mübadiləsi aparmalı olduqlarını açıqlayıb. Sonuncu Ukraynaya yardıma aiddir, lakin Almaniya hökumətinin nümayəndəsi təfərrüatları açıqlamayıb.

 

Martın 13-də “Politico” qəzeti iki gündən sonra Berlində Veymar üçbucağı formatında görüşün keçiriləcəyini yazıb. Burada Makron, Şolz və Tusk iştirak edəcək. Eyni zamanda, əsas müzakirə mövzusu Kiyevə yardım olacaq.

 

Bundan əvvəl Scholz Almaniyanın Ukraynaya hansı silah növlərini tədarük etməyə hazır olmadığını bildirmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər