Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104316
az

"Aztelekom" açıqlama yaydı: "Abunəçiyə müqavilənin nüsxəsi təqdim edilib"

16:2813 Mart, 2024
173
CƏMİYYƏT
  • A

Bu gün Oxu24.com saytında  "Aztelekm"MMC-dən şikayət xarakterli material yayımlanıb.

 

Sözügedən materialla bağlı "Aztelekom" MMC tərəfindən  rəsmi  açıqlama verilib.

 

Qurumdan  verilən  məlumata  görə, 12.03.2024-cü il tarixində MMC-nin  səyyar satış nümayəndəsi  tərəfindən abunəçiyə müqavilənin nüsxəsi təqdim edilib.

"Digər sualınıza gəlincə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir",-deyə məlumatda  qeyd  edilir.

 

"Aztelekom"-un məlumatına  görə, sözügedən layihə çərçivəsində “Aztelekom” MMC-nin Aran Regional Filialı ərazisində də müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir. Ucar rayonunun Qarabörk kəndinin genişzolaqlı internetlə təmin olunması prosesi tamamlanıb, artıq vətəndaşların xidmətlərə qoşulma prosesi gedir. Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir. Layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

 

Miri

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ