Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1043
az

"Şəhid ailələri və pensiyaçıların kreditləri bağlansın"

10:2125 Aprel, 2018
1328
CƏMİYYƏT
  • A
“Hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir. Əgər bankın lisenziyası alınıbsa, onun vətəndaşa ödəməli olduğu vəsait səlahiyyəti başqa bir banka verilməlidir”.

Bu sözləri millət vəkili Əli Məsimli “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Millət vəkili bu problemlə bağlı konkret şikayətlərin olduğunu qeyd edib:

“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Belə ki, həmin sahibkara ödəniş etməli olan “Dəmir bank”ın lisenziyası alınıb. Sahibkar orada olan pulu ala bilmirdi. Əgər bankın lisenziyası alınıbsa, onun bu səlahiyyəti başqa banka keçirilməlidir. Bu yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul krediti borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, üç min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”.

Millət vəkili “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər kifayət qədər yaxşı hazırlandığını bildirib. Sağlamlaşma borcunun yenidən təşkil edilməsi əvəzinə ödəmə qabiliyyətinin bərpa edilməsi çox sayda izafi işləri aradan qaldıracağını deyib./Publika.Az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ