Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104277
az

NATO-nun baş katibi olmaq istəyir

19:4812 Mart, 2024
131
  • A

Martın 12-də Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

 

Oxu24.com  xəbər  verir ki,İohannis brifinqdə deyib ki,  NATO-nun baş katibi vəzifəsi üçün müsabiqədə iştirak etmək qərarına gəlib.

 

Siyasətçi bildirib ki, o, “Rumıniya adından” Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini irəli sürür.

 

İohannisin sözlərinə görə, o, prezident kimi fəaliyyəti dövründə əldə etdiyi təcrübəyə əsaslanaraq bu qərarı tam məsuliyyətlə qəbul edib.

 

Rumıniya Prezidenti bildirib ki, o, NATO-nun, Avropanın və bütün regionun üzləşdiyi problemləri anlayır.

 

İohannisin ikinci prezidentlik müddəti 2024-cü ildə başa çatır.

 

NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək bu vəzifədə qalacaq.

 

Onun xələfinin iyulun Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl açıqlanacağı gözlənilir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada yaşayış kompleksində partlayış- Ölən var - Video
Qaçırılan təyyarə görün harada tapıldı
Netanyahu     ABŞ-dədir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Lerikdə silah-sursat saxlayan şəxs həbs edildi- FOTO