Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10426
az

Əliyevin addımları: komandadan kimlər gedəcək? - Millət vəkili

18:2128 Fevral, 2019
1206
SİYASƏT
  • A
İctimaiyyət siyasi sabitliyin qorunub saxlanması, iqtisadi, sosial və məhkəmə sahələrində aparılan islahatların dərinləşdirilməsi üçün Prezidenti müdafiə etməlidir.

Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib.

“Son vaxtlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezidentin qəbul etdiyi qərarlar ölkədəki müəyyən sosial gərginliyin aradan qaldırılmasına xidmət edir. Hesab edirəm ki, bu qərarlar çox doğrudur. Parlamentdə büdcə müzakirələri zamanı da söyləmişdim ki, ölkədə sosial xərclər artırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə artıq ciddi qərarlar qəbul edilir və aparılan bu siyasət əhali tərəfindən də çox böyük rəğbətlə qarşılanır. Məncə, hazırda ictimaiyyət bunu rəğbətlə qarşılamaqla yanaşı, ölkədə siyasi sabitliyin qorunub saxlanması, iqtisadi, sosial və məhkəmə sahələrində aparılan islahatların dərinləşdirilməsi üçün Prezidenti müdafiə etməlidir. Bu cür yanaşma ilə mətbuatda ilk dəfə deyil ki, çıxış edirəm. Bu tipli açıqlamalardan sonra mənə müraciət edirlər ki, siz müxalifət partiyası kimi əslində prezidenti dəstəkləməyə çağırış edirsiniz. Mən dərhal qardaş Türkiyə Respublikasını misal gətirirəm. Rəcəb Tayyib Ərdoğan FETÖ-çularla üz-üzə qaldıqda ölkənin əsas müxalifət partiyalarından biri olan Milliyyətçi Hərəkat Partiyası Ərdoğanı dəstəklədi və hətta prezident seçkisində də onu müdafiə etdi. Hər şeydən öncə sən ölkənin siyasi sistemində olan partiyasan və partiya yarananda heç bir yerdə “müxalif partiyadır” formasında qeydiyyat aparılmır. Yəni sən siyasi partiyasan, ölkənin ictimai-siyasi həyatında iştirak edirsən, hakimiyyət uğrunda mübarizə aparırsan, amma sənin bütün siyasi fəaliyyətinin önündə dövlətin və xalqın maraqları dayanır”, – deyə o bildirib
 Q.Həsənquliyev deyib ki, Azərbaycanın gələcəyini yalnız yuxarılardan başlayan islahatlar vasitəsilə təmin etmək mümkündür:

“Heç kimə sirr deyil ki, Azərbaycanda və məhz elə iqtidarın daxilində, ölkədə siyasi gərginliyin olmasını istəyən qüvvələr var. Onlar düşünürlər ki, belə olacağı təqdirdə Prezidenti daim basqı altında saxlaya, Prezidentin onların qanunsuz əməllərinə göz yummasını təmin edə bilərlər. Mən hər zaman deyirəm ki, istənilən iqtidar üçün hər zaman ən böyük təhlükə onun daxilindən gəlir. Xalqın xoşbəxt gələcəyini yalnız yuxarıdan islahatlar yoluyla, cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməklə təmin etmək mümkündür. Bunun üçün mütləq sabitlik olmalıdır. Sabitlik olmayacaqsa, heç bir islahatdan söhbət gedə bilməz. İkincisi, sabitlik pozulanda atılan istənilən addım islahat kimi yox, hökumətin zəifliyi kimi qəbul olunur və bu da ölkədə dağıdıcı prosesə yol açır”.

Partiya rəhbəri həmçinin Prezidentin yeni fərmanının daha çox fiziki şəxslərə kömək edəcəyini deyib:

“Hesab edirəm ki, bu fərman növbəti böyük addımdır və bu problemli kreditlərin yükünü çəkən insanlara kömək edəcək. Bir növ bu addım onların həyatını yüngülləşdirəcək. Bu kreditlərin çoxu vaxtıyla vətəndaşlar tərəfindən məişət krediti kimi götürülüb. Üstəlik, fərmanda nəzərdə tutulan rəqəm də kifayət qədər böyük məbləğdir. Bu borcların dövlət tərəfindən tam ödənilməsinə Prezident tövsiyə verib və digər banklara da tövsiyə edib ki, bir sıra müqavilələrə yenidən nəzər yetirsinlər. Bu, vətəndaşların xeyrinə olan addımlardır. Düşünürəm ki, bu, həm xeyli dərəcədə cəmiyyətdə olan narazılığı ortadan qaldıracaq, həm sosial gərginliyi ortadan götürəcək, həm də sizi əmin edirəm ki, islahatların dərinləşməsinə şərait yaradacaq”.

O, islahatların Prezidentin ətrafındakı bir sıra şəxslərin mövqelərini itirməsinə gətirib çıxaracağını söyləyib:

“Bilirsiniz ki, hər zaman iqtidar komandasının daxilində həm islahatçılar, həm də islahatlara qarşı daha mühafizəkar şəxslər olur. Məncə, bu, islahatçıların hakimiyyətin daxilində mövqeyinin güclənməsinə yol açacaq. Artıq sözün hər mənasında tükənmiş, ambisiyaları artmış bir qrup insana qarşı Prezidentin daha dayanaqlı siyasət aparmasına, öz komandasını yeniləməsinə imkan verəcək. Cəmiyyət inkişaf edir və cəmiyyətin inkişaf tempinə uyğun olaraq idarəetmə təkmilləşdirilməlidir. Tutaq ki, 1993-cü illə 2019-cu il arasında məsələlərə yanaşma, onları tənzimləmə baxımından tamam fərqli olmalıdır. Elə insanlar var ki, onlar 1993-cü ildə hansı səviyyədəydisə, indi də o vəziyyətdədir. Əlbəttə, təcrübəli, sadiq insanlara komandada hər zaman yer olmalıdır. Onlar komandanın özəyi kimi qorunub saxlanmalıdır”.

BAXCP rəhbərinin fikrincə, dövlətin hazırda iqtisadiyyatda məhdud tənzimləyici xarakteri azaldılmalı, dövlət müəssisələrinin kütləvi özəlləşdirilməsi aparılmalıdır:

“Yenə də deyirəm ki, bu islahatlar həm məhkəmə-hüquq sistemini, həm də iqtisadi sistemi əhatə etməlidir. Məsələn, ayrı-ayrı müəssisələrin özəlləşdirilməsində ayrı-ayrı qüvvələr maraqlı deyillər. Nazirliklərin bəziləri hətta obyektləri özəlləşdirməyə çıxarmaqdan imtina edir və problemlər yaradırlar. Bu barədə dövlət rəsmilərinin özləri də danışırlar. Dövlətin ölkənin iqtisadi həyatındakı rolu sırf məhdud tənzimləyici xarakter daşımalıdır, amma bizdə hazırda faktiki olaraq hökumət iqtisadiyyatı idarə edir. Məsələn, sənayenin necə inkişaf etdirilməsi, kənd təsərrüfatında nəyin əkilməsi, hansı heyvanın saxlanılması və sairə, hamısını dövlət həyata keçirir, amma bunlar dövlətin işi deyil. Dövlət sırf tənzimləyici xarakter daşımalıdır. Məndə olan məlumata görə, Azərbaycanda mindən artıq, bəlkə də iki minə yaxşı səhmdar cəmiyyət var. Bunların üst-üstə dövlət büdcəsinə ödədiyi verginin məbləği 3,5 milyon manatdır. Bu qədər xərcləmələrə nə ehtiyac var? Onların hamısı özəlləşdirilməlidir. Xarici ölkələrdə təcrübə var ki, bəzən böyük sənaye müəssisəsi simvolik olaraq 1 dollara özəlləşdirilir. Lakin bunun qarşılığında investora şərt qoyulur. Məsələn, investorun bura nə qədər investisiya qoyacağı, nə qədər adam çalışacağı, təyinatının necə olacağıq və s. bu şərtlər içərisində yer ala bilər. Hətta lazımdırsa, dövlət bunun üçün investora kredit verə bilər. Xidmət sahələrinin - Azərişıq, Azərsu, Azəriqaz, Azəristilik - hamısı özəlləşdirilməlidir. Mütəmadi olaraq xaricdən dövlət zəmanəti ilə borc alıb sonra onları qaytarmayıb yükü dövlətin üzərinə atan dövlət şirkətləri də özəlləşdirilməlidir. Bir sözlə, köklü islahatlara gedilməlidir. Köklü islahatlar olmasa, biz neftdən asılılıqdan xilas ola bilməyəcəyik və o zaman gələcəkdə əgər bu karbohidrogen ehtiyatları tükənsə, bunların qiyməti aşağı düşsə, ölkə böyük iqtisadi, maliyyə çətinlikləriylə qarşı-qarşıya qalacaq. Bu maliyyə böhranı isə sonda ölkəni siyasi böhrana gətirib çıxarar. Ona görə də bu istiqamətdə verilən qərarların dərinləşməsinin tərəfdarıyam”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu