Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104252
az

Günel Səfərovaya yeni vəzifə verildi

14:1912 Mart, 2024
216
  • A

Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.

OXU24.COM  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, 2021-2023-cü illər ərzində İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.

ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...