Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104235
az

Çin Hindistanın baş nazirinin davranışından narazıdır

22:3511 Mart, 2024
129
DÜNYA
  • A

Pekin Hindistanın baş naziri Narendra Modinin dövlətlərarası sərhədin mübahisəli hissəsində yerləşən Arunaçal-Pradeş ştatına səfəri ilə əlaqədar Nyu-Dehliyə diplomatik etirazını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

 

Bloomberg Çin Xarici İşlər Nazirliyinin sözçüsündən sitat gətirib: "Çin bundan qəti şəkildə narazıdır və  liderinin Çin-Hindistan sərhədinin şərq hissəsinə səfərinə qəti şəkildə qarşı çıxır".

 

“Çin və Hindistan arasında sərhəd məsələsi hələ həll olunmayıb. Hindistanın Çindəki Zannan (Arunaçal Pradeş ştatının çin adı) ərazisindən özbaşına istifadə etmək hüququ yoxdur”, - Vanq Venbin bildirib.

 

Hindistanın baş naziri martın 9-da Arunaçal-Pradeş ştatında olub və burada Sela tunelinin açılış mərasimində iştirak edib. Bloomberg-in qeyd etdiyi kimi, Sela tunelinin istismara verilməsi Hindistan Silahlı Qüvvələrinin Çinlə sərhədə qoşun köçürməsini asanlaşdıracaq.

 

Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya olunmuş sərhəd yoxdur; iki ölkə onilliklər boyu gərginlik mənbəyi olaraq qalan Faktiki Nəzarət Xətti ilə ayrılır.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA