Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104208
az

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi uğurla icra edilir

18:2911 Mart, 2024
119
CƏMİYYƏT
  • A

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, “Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.

Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. “DanceAbility” metodu təhlükəsiz və qərəzsiz mühit yaradaraq insanlara rəqs vasitəsilə öz emosiyalarını ifadə etmək bacarığı qazandırır. Həmçinin təlim əlilliyi olan və olmayan şəxslər arasında empatiya əsaslı ünsiyyət yaradır. 8 aydır davam edən layihədən ümumilikdə 500-ə yaxın şəxs iştirak edib.

Kapital Bank-ın da Korporativ Sosial Məsuliyyət layihəri çərçivəsində dəstək olduğu layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır. Layihə sağlamlıq imkanları məhdud olan uşaqları, qaziləri və ahıl şəxsləri əhatə edir.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev