Almaniya kansleri Olaf Şolz Ukrayna ilə bağlı danışıqlara çağıran və “ağ bayraq” ifadəsini işlədən Papanın fikri ilə razılaşmır.
Oxu24.com xəbər verir ki, Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebestreyt brifinqdə bildirib.
"Təsəvvür etdiyiniz kimi, bu məsələdə kansler Roma Papası ilə eyni fikirdə deyil. Biz onu da qeyd etdik ki, Vatikanın sözçüsü dünən pontifikin sözlərinə aydınlıq gətirməyə çalışıb", - Hebestreit bildirib.
Onun sözlərinə görə, Ukrayna “beynəlxalq dəstəkdən istifadə edir”.
Roma Papası martın 9-da RSI televiziya və radio şirkətinə müsahibəsində beynəlxalq vasitəçilərin iştirakı ilə Ukrayna üzrə danışıqlar prosesinin başlanmasını istəyib.
Eyni zamanda o, bir çox media tərəfindən Kiyevin təslim olması çağırışı kimi şərh edilən “ağ bayraq” ifadəsini işlətdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR