Son iki ildə Avropa İttifaqına boru kəməri qazı ixracının kəskin azalmasına baxmayaraq, Rusiya 2023-cü ilin sonuna qədər Aİ-yə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü 38% artırıb.
Oxu24.com xəbər verir ki, bunu “Ekspert” jurnalına müsahibəsində baş nazirin müavini Aleksandr Novak deyib.
Novakın sözlərinə görə, 2023-cü ildə Rusiya şirkətləri Avropa İttifaqına 15 milyon tondan çox LNG göndərə bilib.
“Eyni zamanda, boru kəməri ilə qazın Avropaya ixracı son iki ildə beş dəfə azalıb”, - Baş nazirin müavini bildirib.
Bu dinamika Aİ-nin idxalında Rusiyanın enerji resurslarının payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Əgər 2021-ci ildə Avropa İttifaqına idxal olunan bütün qazın 45%-i Rusiyanın payına düşürdüsə, 2023-cü ildə bu rəqəm 15%-i keçməyib.
“Avropa ölkələri də Rusiya Federasiyasından digər yanacaq növlərinin alışını azaltmaqda davam edir. Beləliklə, ilin sonunda Aİ idxalında Rusiya neftinin payı cəmi 4%, neft məhsullarının payı 9% təşkil edib”, - Novak vurğulayıb.
Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin keçmiş müşaviri ABŞ-ın Ukraynada hansı məqsədə nail olduğunu demişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR