Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10419
az

Kreditlərlə bağlı fərman bu şəxslərə şamil ediləcək

15:0328 Fevral, 2019
918
İQTİSADİYYAT
  • A
 
İqtisadçı Vüqar Bayramov “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin fərmanı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Ekspert Oxu.Az-a açıqlamasında vurğulayıb ki, bu fərman yalnız dollar krediti olan fiziki şəsxlərə aiddir.

Yəni dollarla kredit götürmüş şirkət sahibi, hüquqi şəxs burada nəzərdə tutulan güzəştlərdən istifadə edə bilməz.  

Beləliklə, fərmanda söhbət yalnız 10000 dollaradək olan kreditlərdən gedir. Devalvasiyadan əvvəl bu məbləğ manatla 7 min 800 idisə, 2015-ci ildə olan birinci devalvasiyadan sonra 10 min 500 manat, hazırki vəziyyətdə isə 17 min manat edir.

Burada iki dövr nəzərdə tutulur: birinci 2012-ci ilin yanvarından 2015-ci ilin fevralın 21-dək olan kreditlər üzrə dövlət büdcəsindən 0,25 qəpik ödəniləcək. Yəni bu, o deməkdir ki, 10 min dollar götürən vətəndaş o zaman manatla 7800 borclu idisə, birinci devalvasiyadan sonra borcu 10 min 500 manat oldu.

{banner_reklam1}


“Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min dollarlıq kreditə 2500 manat güzəşt veriləcək. Bu halda o deməkdir ki, vətəndaş 10 500 manat deyil, səkkiz min manat hesablamaqla həmin krediti qaytaracaq.

İkinci devalvasiyadan sonra, yəni 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə hər dollara 60 qəpik güzəşt tətbiq ediləcək. Bu, o deməkdir ki, borc altı min manat azaldılacaq və əsas borc kimi 17 min manat deyil, 11 min manat əsas məbləğ olaraq ödəniləcək. Ödəniləcək maksimum məbləğ hər fiziki şəxs üzrə beş min dollardan çox olmamalıdır, faizlər isə silinəcək”.

Qeyd edək ki, manatla olan digər hissənin ödənilməsi üçün banklar illik 1 faiz olmaq şərtilə, vətəndaşa beş il müddətinə manatla kreditlər veriləcək. Bu məqsədlə Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat kredit xətti açacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni doğulan hər körpəyə 500 manat verilə bilər - Şad xəbər
Müəllimlər nə qədər maaş alacaq?
Hadi Rəcəbli nə qədər maaş alır? - Özü açıqladı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza