Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub.
Oxu24.com Report-a istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədova münaqişə zəminində bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən isə mərhumun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, onların iki övladı var və hadisədə şübhəli bilinən şəxs öncələr məhkumluq həyatı yaşayıb.
Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Ceyhun Ömər oğlu Mirzəyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR