Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsində Fələstinin HƏMAS radikal hərəkatına dəstəyini dayandırmayacağını bildirib.
Oxu24.com xəbər verir ki, onun sözlərini “Anadolu” yayıb.
“Heç kim bizi HƏMAS-ı terror qruplaşması kimi tanımağa məcbur etməyəcək”, - deyə dövlət başçısı bildirib.
Onun məlumatına görə, Türkiyə qruplaşma liderləri ilə təmaslarını gizlətmir və liderlərini tam dəstəkləyir.
"Netanyahu və hökuməti Qəzzada insanlığa qarşı cinayətlər törədir", - Türkiyə lideri İsrailin Fələstin anklavında keçirdiyi hərbi əməliyyatı tənqid edib.
Dekabrda Ərdoğan Fələstinin Həmas hərəkatını heç vaxt terror qruplaşması kimi tanımayacağını bildirmişdi.
Bundan əvvəl Türkiyə prezidenti bildirib ki, İsrail Qəzza zolağında hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bundan əvvəl Ərdoğan ABŞ-ın HƏMAS-a münasibətini açıqlamışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR